• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov Çevik Polis Alayına tapşırıqlar verdi

Ramil Usubov Çevik Polis Alayına tapşırıqlar verdi
21.01.2017 21:49
Ramil Usubov bu il Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərlə bağlı Çevik Polis Alayına tapşırıqlarını verib.
 
APA-nın məlumatına görə, Əlahiddə Çevik Polis Alayında keçirilən əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, eyni zamanda, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsini tələb edib.
 
Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu xatırladan nazir cari ildə Bakı şəhərində "IV İslam Həmrəyliyi Oyunları” və "2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləcəyini, bu və digər kütləvi, mədəni tədbirlər dövründə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb, bu qurumun xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi baxımından post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin zəruriliyini bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol