Sınaq imtahanları ilə bağlı AÇIQLAMA

XI sinif şagirdləri üçün hər il olduğu kimi bu il də sınaq imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi 2017-ci ildə də abituriyentlər üçün sınaq imtahanları keçiriləcək. Online sınaq imtahanında isə ilin bütün vaxtlarında iştirak etmək mümkündür.
Ümumiyyətlə, 2017-ci ildə keçiriləcək imtahanların və tədbirlərin tarixləri müəyyən olunan kimi DİM-in rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, artıq neçə müddətdir mətbuatda məlumat yayılır ki, bu il abituriyentlər üçün sınaq imtahanı keçirilməyəcək. Hətta bunu DİM-in maliyyə problemi ilə əlaqələndirənlər də var idi. Bu isə onminlərlə abituriyentin və valideynlərin narahatçılığına səbəb olmuşdu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























