• $
  • €
  • ₽
  • ₺
  • £

"Dekan müavini qanun pozuntusuna yol verib" - AÇIQLAMA

"Dekan müavini qanun pozuntusuna yol verib" - AÇIQLAMA
24.01.2017 15:39
Bakı Dövlət Universiteninin (BDU) Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalovanın tələbələrə səsli mesajla xəbərdarlığı ciddi müzakirə mövzusuna çevrilib.

Təhsil üzrə ekspert Kamran Əsədov ANN.Az-a açıqlamasında bildirib ki ,tələbələrin istər sosial şəbəkələrdə, istərsə də dərs gedişatında fikir bildirmək azadlığı var: 
 
 

"BDU Azərbaycanın flaqman universitetidir və onun rəhbər işçiləri hər zaman tələbələrin yanında olub. Semestr imtahanları zamanı tələbələr qarşılaşdığı hər hansı problemi və ya haqsızlığı birbaşa rəhbərliyin adı ilə hallandırıb sosial şəbəkələrdə statuslar paylaşırlar. Nəticədə, universitetin adı ilə bağlı mənfi fikir formalaşır. Bu da universitet rəhbərlərinə gedib çatır. Dekan müavini də bu məsələnin qarşısını almaq üçün ərk etdiyi bir neçə tələbənin olduğu sosial şəbəkə qrupunda səsli mesaj ilə onlara hədə-qorxu gəlib. Lakin qeyd etmək lazımdır ki, tələbələrin həm sosial şəbəkələrdə, həm də dərslər zamanı fikir bildirmək hüququ var. Bu, Azərbaycan Respublikasının Konistusiyasının 57-ci maddəsi ilə təsdiqlənir. Qanuna əsasən, hər bir kəsin fikir azadlığı var və heç kim söylədiyi fikirə görə təqib oluna bilməz. Əlbəttə təhqir olmamaq şərti ilə. Bu da Azərbaycan rəhbərliyinin vətəndaşlara verdiyi bir hüquqdur. Heç kim bunu məhdudlaşdıra bilməz. Bu məsələdə dekan müavini ictimai fəal olan şəxslərin qarşısını almaq istəyib, ancaq bu dekan müavininə yaraşan hərəkət deyil. Universitetdə tələbəyə yalnız daxili nizam-intizam qaydalarını pozduğuna görə cəza verilə bilər. Heç kim sosial şəbəkələrdə paylaşdığı fikirə görə töhmət ala bilməz. Bu gün dünya elektron hökümət üzərində qurulub, dövlətlərarası məsələlər də bəzən bu yol ilə həll olunur. Hətta bir çox ölkə rəhbərləri də fikirlərini ictimaiyyətə sosial şəbəkələr vasitəsilə çatdırır”.  

Ekspertin sözlərinə görə, ilk növbədə dekan müavini "Müəllimlərin etik davranış qaydaları" haqqında qanunun tələblərini ciddi şəkildə pozur: 

 
"Bundan əlavə, təhsil işçilərinin elektron tarix cədvəlində dekan müavinin vəzifələri də aydın şəkildə göstərilib. Dekan müavininin tələbələrə qarşı bu cür münasibətini belə hesab etmək olar ki, semestr vaxtıdır və onlar özlərini qorumağa məcburdur. Universitet rəhbərliyindən özlərinə qarşı söz gəlməsinin qarşısını almaq üçün dekan müavini bele reaksiya verib”.

"Ancaq nə olursa, olsun, bu, BDU-nun adına yaraşmayan bir hərəkətdir. Yəqin ki, bu hərəkətə görə, həmin xanıma qarşı cəza tədbiri görüləcək. BDU-nun rektoru Abel Məhərəmov özü hər zaman tələbələrin yanındadır ve rəhbərlik həmişə vurğulayır ki, tələbələrə heç vaxt təzyiq göstərilə bilməz. İlk növbədə araşdırılmalıdır ki, tələbələrin sosial şəbəkələrdə yazdıqları problemler həqiqətən problemdirmi? Əgər belə problemler varsa və həll olunmayıbsa, ilkin olaraq, bu məsuliyyəti fakültə dekanlığı daşıyır”, - deyə Kamran Əsədov əlavə edib.

Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli modern.az-a açıqlamasında bildirib ki, dekan müavini Aytəkin Zeynalova tələbələri sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb:


 
"Mövcud hüquqi aktlara uyğun olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr daxili nizam-intizam qaydalarına mütləq əməl etməlidirlər. Bakı Dövlət Universitetində də daxili nizam-intizam qayaları haqqında təlimat var. Tələbələr I kursa qəbul olunanda həmin təlimatla tanış olur və ona riayət etmələri barədə sənəd imzalayırlar. Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb. Dekan müavininin tələbi bir az sərt alınıb. Əks halda, nizam-intizam qaydalarındakı təlimata əsasən, müvafiq ölçü götürüləcəyini bildirib. Hər bir tələbə bu qaydalara riayət etməlidir”.

Qeyd edək ki, abzas.net saytı BDU-nun Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə yolladığı səsli mesajı yayımlayıb. Mesajda qeyd edilir ki, tələbələr sosial şəbəkələrdə müəllimlər və ümumilikdə dekanlıq barədə tənqidi fikirlər səsləndirərsə, tələbələrə töhmət veriləcək.

ANN.Az həmin səs yazısını təqdim edir:
 
 
Şəbnəm Cavadzadə

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol