• $
  • €
  • ₽
  • ₺
  • £

Müavinət almayacaq məcburi köçkün kateqoriyaları açıqlandı

Müavinət almayacaq məcburi köçkün kateqoriyaları açıqlandı
24.01.2017 22:58
Müavinət almayacaq məcburi köçkün kateqoriyaları açıqlanıb.
 
APA-nın məlumatına görə, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, öz ailələrini maddi baxımdan təmin edən  məcburi köçkün iş adamları var və bu insanların müavinət alması, güzəştlərdən istifadə etməsi düzgün deyil.
 
Dövlət Komitəsinin sədri bu sahədə qənaət edilən vəsait ehtiyacı olan məcburi köçkünlər üçün yeni mənzillərin tikintisinə, yaxud mənzillərin alınmasına yönəldiləcək: "Bəzi məcburi köçkünlər var ki, böyük vəzifədədirlər. Onlar nə üçün bu imtiyazlardan istifadə etməlidirlər? Dövlət təminatında, yəni əsgərlikdə, həbsdə olanlar üçün də bu güzəştlər ləğv ediləcək. Hüquq-mühafizə orqanlarında olan zabitlər də bu kateqoriyadan çıxarılacaq”.
 
Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan məcburi köçkünlər üçün güzəştlərin saxlanılacağını qeyd edən Ə. Həsənov bağ, ev alıb özəlləşdirən məcburi köçkünlər üçün isə imtiyazların ləğv olunacağını açıqlayıb: " Bu məcburi köçkünlərin bir qismi artıq siyahıdan çıxarılıb, bir qismi də çıxarılacaq.  Ancaq biz çox istərdik ki, işğal altında olan rayonların İcra hakimiyyətləri onları siyahılardan çıxarmamışdan əvvəl o insanlar özləri müraciət etsinlər. Hökumət, dövlət də o insanları kifayət qədər qiymətləndirə bilər”.
 
Ə. Həsənov bu həftə müvafiq kriteriyalara cavab verən məcburi köçkünlərin əksəriyyətinin vahid aylıq müavinəti alacaqlarını da açıqlayıb. Dövlət Komitəsinin sədri dövlət ali məktəblərində ödənişli ixtisaslar üzrə təhsil alan qaçqın və məcburi köçkün tələbələrin ödənişdən azad edilməsinin qüvvədə qaldığını qeyd edib: "Məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınması qüvvədədir. Onlar həm də gəlir vergisinin bir hissəsindən azaddırlar. 1992-1998-ci illərdə yaşadıqları mənzillərdən mənzillə təmin olunana qədər çıxarılmaması da qüvvədədir”.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 23 yanvar 2017-ci il tarixli fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol