• $
  • €
  • ₽
  • ₺
  • £

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni proqram təsdiqləndi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni proqram təsdiqləndi
25.01.2017 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq əmrlə "2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sənəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması, onların sağlamlığının mühafizəsi və tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, bu təbəqələrdən olan insanların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə yönəlib.
 
Proqramda cari il ərzində nazirliyin görəcəyi tədbirlər müəyyən olunub. Belə ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, ölkə daxilində bərpa müalicə olunmalarına köməkliyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası məqsədilə təbliğat kampaniyasının təşkil olunması nəzərdə tutulur. Sənəddə qeyd olunan şəxslərin asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onlar arasında idman tədbirlərinin təşkil edilməsi, beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, onların sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı əməkdaşlığın və informasiya mübadiləsinin həyata keçirilməsi əksini tapır.
 
Eyni zamanda, proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, onlara maddi və texniki, habelə sosial xidmət müəssisələrinə texniki yardımların göstərilməsi kimi tədbirləri əhatə edir. Həmin insanların cəmiyyətə inteqrasiyasına, onlara bərabər imkanların yaradılmasına yönələn layihələrin (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın, habelə eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və s. üzrə) icrası da proqramda yer alıb.
 
Qeyd olunanlarla yanaşı, "2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda cari il ərzində əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışının keçirilməsi və s. tədbirlər nəzərdə tutulub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol