• $
  • €
  • ₽
  • ₺
  • £

“Təbliğat tələbatı yaradır” – MÜNASİBƏT

“Təbliğat tələbatı yaradır” – MÜNASİBƏT
25.01.2017 15:09
"Sosial şəbəkələrdə ictimailəşən bir mövzu ya aqressiya ilə qarşılanır, ya da məhəl qoyulmur”. 

ANN.Az xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyası (DİP) sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfov cəmiyyətdə informasiya mədəniyyətinə münasibət bildirərkən deyib.

Rövşən Nəcəfovun sözlərinə görə, cəmiyyətdə fikir müxtəlifliyi olduğu üçün fikir toqquşmaları da baş verir:

"İcra edilən işlərdə maarifləndirmə aparılmasa, həmin fikir toqquşmaları başqa müstəviyə keçid edir. İnformasiya mübadiləsi aparılmalıdır. Media ilə əməkdaşlıq etmək, fəaliyyət göstərən təşkilatları cəlb etmək və fərdi təşəbbüslərə maraq yaratmaqla mübadilənin gücünü artırmaq olar. Cəmiyyət isə təqdim olunanları sorğu-sual etməlidir. Yəni, cəmiyyət ictimailəşdirməlidir. 

Sosial şəbəkələrdə ictimailəşən bir mövzu ya aqressiya ilə qarşılanır, ya da məhəl qoyulmur. Dialoq mədəniyyətinin inkişafı üçün canlı ünsiyyət vacibdir. Azərbaycanda fəaliyyət göstərən televiziyaların rolunu gücləndirmək, yenilik gətirən təşəbbüslərə imkanlar tanımaq lazımdır. İnternet mediası artıq insanların informasiya tələbatını ödəməyi bacarır. Ənənəvi mediadan fərqli olaraq internet mediası cəmiyyətin bütün təbəqələrinin maraqlarından çıxış edir. Ənənəvi media olan qəzetçiliyin inkişafını azaldan oxucu sayıdır və ya oxucunun "rahat” informasiya əldə etmək istəyidir. Media isə cəmiyyətlə, xüsusən gənclərlə işləyən ictimai qruplarla əməkdaşlıq etməlidir. İstiqamətini ictimai fəaliyyətə bağlamalıdır. 

Təbliğat tələbatı yaradır. İctimai fəallığı artırmaq üçün cəmiyyətə müsbət töhfələr verəcək bütün təşəbbüslərin yanında olmalıyıq. Biz, dialoqlar quraraq, təşəbbüslərin yanında olaraq cəmiyyətə müsbət töhfələr verəcək yeni ideyaların ortaya çıxmasına nail olacağıq”.
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol