Tanınmış psixoloq intihar etdi

Psixoloq Dəyanət Rzayev intihar edib.
ANN.Az-ın Lent.az-a istinadən məlumatına görə, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə asıb.
Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub.
O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə asıb.
Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər.
Şöbədən bildirilib ki, D.Rzayevin cəsədi az əvvəl ora gətirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























