• $
  • €
  • ₽
  • ₺
  • £

Hepatitli xəstələrin 80 faizi hepatit C-yə yoluxanlardır

Hepatitli xəstələrin 80 faizi hepatit C-yə yoluxanlardır
26.01.2017 15:27
Ötən il dekabrın sonuna olan məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyasına 6200 nəfər müraciət edib. Onların təxminən 70 faizə yaxınının - 4200-dən çoxunun müalicəyə cəlb edilməsi barədə qərar qəbul edilib.

ANN.Az xəbər verir ki, bunu Trend-ə B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib. Onun sözlərinə görə, müalicəyə cəlb olunmuş xəstələrin təxminən 80 faizi hepatit C-yə, qalanları isə hepatit B-yə yoluxmuş insanlardır.

Komissiyanın sədr müavini qeyd edib ki, xəstələrin müalicəsinin aparılması barədə qərar verilərkən onun müalicələrinin nəticələri təhlil olunur. Eyni zamanda, əks göstərişləri, yəni qaraciyər serrozu və s. olan xəstələr müalicəyə cəlb edilmir.

H.Qədirova əlavə edib ki, son məlumatlara görə, (son məlumatlar 2015-ci il üzrədir, 2016-cı ilin statistikası hələ hazır deyil) 2015-ci ildə hepatit A-ya yoluxanların sayı 69 nəfər, hepatit B-yə yoluxanların sayı 142 nəfər, hepatit C-yə yoluxanların sayı 118 nəfər olub. 2014-cü ildə isə 124 nəfərin hepatit A-ya, 180 nəfərin hepatit B-yə, 130 nəfərin hepatit C-yə yoluxduğu aşkarlanıb.

Hepatit B və C ilə müqayisədə hepatit A-nın müalicəsinin nisbətən asan olduğunu deyən H.Qədirova qeyd edib ki, hepatit B-yə qarşı peyvənd var. Ona görə də Azərbaycanda da bütün dünyada olduğu kimi, hepatit B-yə yoluxanların sayı ildən-ilə azalır:
 
"Amma hepatit C-yə qarşı vaksin olmadığına görə, onun qarşısını hələ ki, peyvənd vasitəsilə almaq mümkün deyil. Ona görə də bu virusa qarşı profilaktik tədbirlər həm insanların özləri tərəfindən, həm də tibb, xidmət müəssisələri tərəfindən aparılmalı və sanitar-gigiyena normalarına riayət edilməlidir”.

H.Qədirova əlavə edib ki, hepatit A insana sanitar-gigiyena qaydaları pozulduqda - çirkab sulardan, yuyulmamış meyvə-tərəvəzdən keçir. Amma hepatit B cə C insana qan komponentləri vasitəsi ilə, yəni qanköçürmə zamanı, qana çirklənmiş iynələrlə, müxtəlif - tibbi, manikür, pedikür, tatuaj və s. alətləri ilə müdaxilə zamanı ola bilər. Bu viruslara ikinci yoluxma yolu cinsi yol, üçüncü yoluxma yolu isə anadan uşağa ötürülmədir.

Komissiyanın sədr müavini Azərbaycanda hepatit viruslarına yoluxmada stomatoloji klinika və gözəllik salınlarının hansı paya malik olduğunu isə deyə bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, xəstələrin hepatit virusuna hansı yollarla daha çox yoluxduğunu demək mümkün deyil:

"Çünki xəstələrin bir qismi virusa harada, nə zaman yoluxduğunu deyə bilmir və bunu araşdırmaq da çox çətin olur. Bu viruslar uzun müddət gizli keçir, ona görə də onların vaxtında aşkarlanması çətin olur. Onların əksəriyyətində – 70-80 faizində xəstəlik başlayarkən özünü güclü biruzə verən heç bir əlamət müşahidə edilmir. Bu xəstələr uzun illər bu virusa yoluxmuş olur, amma ona yoluxması barədə məlumatlı olmurlar. Belə olan halda xəstənin harada və nə zaman yoluxduğunu təyin etmək çox çətin olur”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol