• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaretlə bağlı daha bir QADAĞA

Siqaretlə bağlı daha bir QADAĞA
27.01.2017 10:49
Azərbaycanda mağazalarda və köşklərdə siqaretin ədədlə satışı qadağan oluna bilər.

Bu məsələni qaldıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Trend-ə bildirib ki, yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə bununla bağlı müddəanın əlavə edilməsini təklif edib.

İ.Məmmədov bildirib ki, xüsusən də orta məktəblərə yaxın yerlərdə, qəzet köşklərində siqaret ədədlə satılır:
 
"Həmçinin marketlərdə siqaret qutusunu açıb dənə-dənə satırlar. Siqareti ədədlə kim üçün satırlar?! Bununla cibində 20-30 qəpik olan yeniyetmələri, məktəb şagirdlərini şirnikləndirirlər. Siqareti dənə ilə böyük adamlar almır ki. Əsasən, məktəb yaşlı uşaqlar məktəbdən qaçıb siqaret alır və gizli yerlərdə çəkirlər. Ona görə də biz fikirləşirik ki, yeni qanun layihəsində bu halların qadağan olunması üçün maddələr əlavə edək, cərimələri sərtləşdirək”.

Deputat qeyd edib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi tütün istehsalına qarşı yönəlimiş bir tədbir deyil:

"Bu, sadəcə tütün istehlakçılarının sağlamlığının qorunmasına xidmət edən bir qanun layihəsidir. Tütün istehsalı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir. Ancaq istehlakçıları da qorumaq lazımdır. Biz əsasən təbliğatla məşğul olacağıq ki, ictimai yerlərdə, kütləvi yerlərdə, ictimai nəqliyyatda, restoranlarda, əhalinin sıx olduğu digər yerlərdə siqaret çəkilməsi qadağan olunsun”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol