• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da mediatur təşkil olunub

ADU-da mediatur təşkil olunub
27.01.2017 13:58
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədilə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, təhsil ekspertləri, KİV nümayəndələri, QHT təmsilçiləri (Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev), politoloq Arzu Nağıyev və ADU-nun İctimai Nəzarət Şurasının üzvləri və digər rəsmilərin iştirakı ilə növbəti mediatur təşkil olunub. 

ANN.Az xəbər verir ki, universitetin rektoru vəzifəsinin icra edən professor Əfqan Abdullayev təşkil olunan mediatur zamanı ali təhsil müəssisəsində aparılan imtahan proseslərin şəffaf aparılmasına bir daha diqqət çəkib:

"Universitetdə imtahan prosesləri aydın və şəffaf keçirilir. İmtahanlarda tələbələrə əlavə vaxt da verilir”.

Mediaturda iştirak edən rəsmilər imtahan prosesinin keçirilməsində heç bir neqativ hal olmadığını şəffaf keçirildiyini vurğulayıblar.

Qeyd edək ki, ADU-da payız imtahan sessiyasına dekabrın 30-da start verilib. İmtahan sessiyası Pedaqoji (ingilis dili – alman dili), Pedaqoji (ingilis dili – fransız dili), Filollogiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura fakültələrində və SABAH qruplarında əyani şöbədə 3 fevral 2017-ci il, qiyabi şöbədə isə 9 fevral 2017-ci ilədək davam edəcək. 

ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir. 

İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.

Xatırladaq ki, ADU-da 2016-2017-ci tədris   ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirləri görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib. Şəffaf qutular İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə dəfələrlə açılıb, tələbələr tərəfindən bildirilən irad və təkliflər təhlil olunaraq müzakirə olunub. 

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol