• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-infeksion xəstəliklərdən ölənlər daha çox kimlərdir?

Qeyri-infeksion xəstəliklərdən ölənlər daha çox kimlərdir?
30.01.2017 11:38
Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər əsasən əmək qabiliyyətli insanların (40-60 yaş) payına düşür.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Nabil Seyidov "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklərin - ürək-damar, beyin-damar, onkoloji, tənəffüs orqanları xəstəlikləri və s. payına düşür.

Ölkədə insanlar əsasən ürək-damar, beyin-damar (insult, infarkt) xəstəliklərindən (51%) və onkoloji xəstəliklərdən (11%) həyatlarını itirirlər. Proqnozlara görə, Azərbaycanda 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin sayının 15% artacağı gözlənilir:
 
"Əgər 30-50 il əvvəl Azərbaycanda insanların böyük qismi infeksion xəstəliklərdən ölürdüsə, son 25 ildə insanlar qeyri-infeksion xəstəliklərdən ölür. Hazırda Azərbaycanda xəstələnmə və ölüm halları qeyri-infeksion xəstəliklərdən baş verir”.

N.Seyidov qeyd edib ki, ÜST-nin məlumatına əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərcəng xəstəliyi qeydə alınacaq. Həmin halların 5-də 4 hissəsi aşağı və orta gəlirli olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol