BMT Azərbaycanla yeni kampaniyaya başladı

Bu il BMT Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb.
APA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bildirib ki, bu kampaniyaya elm və təhsil sahəsi də cəlb ediləcək.
Onun sözlərinə görə, həyata keçirilən kampaniya təhsilin bütün səviyyəsində maarifləndirməyə öz töhfəsini verəcək:
"Təhsilli analar gələcəkdə ailələrin arxasında duran əsas dayaq hesab olunur. Azərbaycanda təhsil qurumlarına yüksək dəstək göstərilir. BMT-nin inkişaf proqramı bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir və burada keyfiyyətli təhsil əsas məqsədlərdən biridir. Təhsildə olan ziddiyyətlərin aradan qaldırılması məsələsinə gəldikdə, hesab edirik ki, heç kim təhsildən geri qalmamalıdır.
Azərbaycanın bu sahədə göstərdiyi səylər nəticəsində böyük nailiyyətlər əldə edilib, uşaqların 95%-i təhsil alır. Məktəbə hazırlıq proqramları ilə bağlı mühüm işlər görülür. Bu da bizim tərəfimizdən dəstəklənir. Çünki bu işlər erkən təhsilin inkişafında mühüm addımlardandır. Biz təhsili əlilliyi olan uşaqlara əlçatan etməli, onların cəmiyyətə töhfə verməsinə çalışmalıyıq”.
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























