• $
  • €
  • ₽
  • ₺
  • £

Piyadaların cərimələri maaşlarından tutulacaq – AÇIQLAMA

Piyadaların cərimələri maaşlarından tutulacaq – AÇIQLAMA
31.01.2017 17:01
"Cərimələr işləyən şəxslərin maaşından tutulacaq”
 
Bakıda cərimə olunan piyadaların cərimə məbləğini ödəməsi üçün sahə rəislərinə, təhsil müəssisələrinə müraciətlər edilib.
 
Bu barədə  Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
 
Piyadaların hüquq və vəzifələrinin "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi ilə tənzimləndiyini xatırladan V.Əsədov bildirib ki, bu maddənin tələbləri pozulduqda piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar. "Yolun təyin olunmayan yerindən keçən piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir ki, onların da çoxu əmək fəaliyyəti məşğul olanlar və tələbələridir. Cərimə edilən piyadaların təxminən 50 faizi cərimə məbləğini ödəməkdən boyun qaçırırlar. Buna görə də həmin şəxslərin yaşadıqları ərazilərdəki sahə rəislərinə, tələbələrin oxuduqları təhsil müəssisələrinə, əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işlədikləri müəsissə və idarələrə müraciət edilib. Cərimələr işləyənlərin əmək haqqlarından tutulacaq. Piyadalardan bir daha xahiş olunur ki, piyada keçidindən istifadə etsinlər".
 
Şöbə rəisinin sözlərinə görə, paytaxtın 70 küçə və prospekindəki yerüstü və yeraltı keçidlər yol polisi əməkdaşları tərəfindən tam nəzarətə götürülüb: "Həmin ərazilərdə yol polisləri yaxın məsafələrdə xidmət aparır. Yol hərəkət qaydalarını pozan piyadalar aşkar edilərək, məsuliyyətə cəlb olunurlar".
 
V.Əsədov onu da bildirib ki, bu il yanvar ayının 27-dən indiyədək Bakıda 5 yol qəzası baş verib:
 
"Nəticədə 6 nəfər xəsarət alıb və 2 nəfər ölüb. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir. Xatırladım ki, 2016-ci il ərzində 138 000 piyada qayda pozduğuna görə cərimələnib. Həmin il qəzaların 60 faizi məhz piyadaların vurulması ilə nəticələnib".

Mənbə: Report

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol