• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: "Yeni yaradılan universitetinin strukturu tam formalaşıb"

Nazirlik: "Yeni yaradılan universitetinin strukturu tam formalaşıb"
31.01.2017 17:56
Universitetə rəhbərlik müvəqqəti olaraq Sülhəddin Gözəlova tapşırılıb.

"Qafqaz Universitetinin təhsil infrastrukturu bütövlükdə Bakı Mühəndislik Universitetinin tabeçiliyinə keçəcək. Bundan əlavə, Qafqaz Universitetinin pedaqoji kadr heyəti bütövlükdə Bakı Mühəndislik Universitetində fəaliyyətini davam etdirəcək”.
 
ANN.Az xəbər verir ki, bunu APA-ya Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri  Sülhəddin Gözəlov deyib.
 
Onun sözlərinə görə, nazirliyin kollegiyası tələbələrin təhsillərinin ixtisaslar və tədris dilindən asılı olmayaraq yeni yaradılan dövlət statuslu universitetdə-Bakı Mühəndislik Universitetində davam etdirilməsi barədə qərar qəbul edib. S.Gözəlov vurğulayıb ki, ləğvetmə komissiyası və Qafqaz Universitetinin təsisçisi ləğv edilən ali məktəbin təhsil infrastrukturunun təhsil məqsədləri üçün istifadə edilməsi ilə bağlı Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edib. Nazirliyin kollegiyasında həmin müraciətin də nəzərə aldığını deyən sektor müdiri vurğulayıb ki, Qafqaz Universitetinin təhsil infrastrukturu bütövlükdə Bakı Mühəndislik Universitetinin tabeçiliyinə keçəcək.
 
Nazirlik rəsmisi əlavə edib ki, hazırda ali məktəbdə Ləğvetmə Komissiyası çalışır və təhvil-təslim prosesi gedir.
 
S.Gözəlov qeyd edib ki, fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru Havar Məmmədov Ləğvetmə komissiyasının sədri kimi fəaliyyətini davam etdirir:
 
"Amma dövlət statusuna malik olan Bakı Mühəndislik Universitetinin gələcək rektoru prezident tərəfindən təyin ediləcək. Hələlik isə Bakı Mühəndislik Universitetinin müvəqqəti rəhbərlik və icra səlahiyyəti mənə həvalə olunub”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol