• $
  • €
  • ₽
  • ₺
  • £

Azərişıq: Hər yer elektrik enerjisi ilə təmin olunub

Azərişıq: Hər yer elektrik enerjisi ilə təmin olunub
01.02.2017 12:17
Ölkə ərazisində havanın qeyri-sabit, qarlı və şaxtalı keçməsinə baxmayaraq, abonentlər dayanıqlı elektrik enerjisi ilə təmin edilib.

Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, "Azərişıq" əməkdaşları gecə saatlarında gücləndirilmiş iş rejimində çalışıb və bütün ərazilər fasiləsiz elektrik enerjisilə təmin olunub: "Hazırda heç bir ərazidə problem yoxdur. İstər Bakı şəhərində, istərsə də bölgələr, kənd və qəsəbələr, dağlıq ərazilər - hər yerdə elektrik enerjisilə təminat normaldır. Gecə saatlarında "Azərişıq" əməkdaşları növbəli sistemlə fəaliyyət göstərib, texnika və canlı qüvvələrimiz abonentlərə fasiləsiz xidmət göstərib. Fərdi müraciətlər əsasında dərhal problem olan ərazilərə canlı qüvvə və texnikalar cəlb edilib və yaranan problemlər dərhal aradan qaldırılıb".

T.Mustafayev bildirib ki, bütün ərazilərdə maşın və texnikalar, canlı qüvvə hazırlıqlı vəziyyətdədir: "Hazırda bütün xətlər yüksək səviyyədə təftiş olunur, heç bir ərazidə elektrik enerjisilə təminatda fasilə yoxdur".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol