"Metropoliten gücləndirilmiş iş rejimində işləyir" - AÇIQLAMA

Bakıda müşahidə olunan intensiv qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişinlərin əsasən metrodan istifadəyə üstünlük verməsi qatarların intervallarında hər hansı dəyişikliyin edilməsinə zərurət yaratmayıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, məhz payız-qış mövsümünün tələblərinə əsasən, metropolitendə qatarların hərəkət intervalları maksimum azaldılır və yenilənmiş qrafiklə tənzimlənir. Belə ki, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda (07:00-10:00, 17:00-20:00) 2 dəqiqə təşkil edir. Bununla əlaqədar, gur saatlarda xətlərin "28 May-Dərnəgül" və "28 May-İçərişəhər" sahələrində qatarlar arasında interval 4 dəqiqədir.
N.Paşayevin sözlərinə görə, metropoliten qarlı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejmində işləyir:
"Hava şəraiti ilə əlaqədar yaradılmış qərargah fəaliyyətini davam etdirir. Xüsusilə depodan çıxan və depoya qayıdan qataraların yollarında hər hansı problemin yaranmaması üçün yerüstü xətlərdə təmizləmə işləri yerinə yetirilir. Gecədən artıq həm depo yolunda (üstüaçıq ərazi), həm də bütün stansiyaların giriş-çıxışları təmizlənir. Qarın intensiv yağması nəticəsində bəzi stansiyaların giriş-çıxışlarında yenidən qarın olması mümkündür. Buna baxmayaraq, briqadalar işlərini davam etdirirlər. Bu tədbirlər gün ərzində də davam etdiriləcək".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























