• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz": Abonentlərə verilən qazın həcmi artırılıb

"Azəriqaz": Abonentlərə verilən qazın həcmi artırılıb
01.02.2017 14:12
Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar qaz kəmərlərində hər hansı planlı işlərin görülməsi nəzərdə tutulmayıb. 

Bunu "Report”a açıqlamasında SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ.Kərbalayevin sözlərinə görə, abonentlərin mavi yanacaqla təchizatında heç bir problem yoxdur: 
"Ötən günə nisbətən bu gün abonentləri 1,150 mln. kubmetr artıq təbii qazla təmin etmişik. 
Qaynar xəttimizə daxil olan müraciətlər əsasən sayğacların koda düşməsi ilə əlaqədardır ki, biz də onu elektron qaydada müvafiq yerli qaz istismar sahələrinə yönəldirik. Əməkdaşlarımız yarana biləcək hər hansı problemi aradan qaldırmaq üçün hazır vəziyyətə gətirilib”.

Qurum rəsmisi sayğacların və qaz borularının donması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Qazın donmasından söhbət gedə bilməz. Yalnız sayğacların elektron (batareya) hissəsində donma ola bilər ki, bu da klapanların açılıb-bağlanmasını çətinləşdirir. Müraciətlər olduğu təqdirdə, əməkdaşlarımız problemin aradan qaldırılması üçün müvafiq yardımı göstərirlər”.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev isə deyib ki, havanın qarlı-şaxtalı olmasına baxmayaraq, istehlakçılara elektrik enerjisinin verilişində heç bir problem olmayıb: "Hava şəraiti ilə əlaqədar olaraq abonentlər elektrik enerjisi istehlakını artırıblar. Buna baxmayaraq, təminat maksimum səviyyədə həyata keçirilir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol