• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi xidmətləri qiymətləri qaldırdı – SİYAHI

Taksi xidmətləri qiymətləri qaldırdı – SİYAHI
01.02.2017 15:43
Bakıda havanın qarlı olması ictimai nəqliyyatı demək olar ki, iflic olub. 

Fins.az xəbər verir ki, yollarda vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq taksi xidməti göstərən şirkətlər gediş haqqını artırıb.  

Müraciət etdiyimiz şirkətlərə sinvolik olaraq Dövlət Statistika Komitəsinin yanından  Xətai metrosuna gedəcəyimizi bildirdik. Şirkətlər həmin yolu bu qiymətə gedir:

189 taksi xidməti bu yolu 6.80 manata aparacaqlarını buldirdil. Lakin adi günlərdə bu yolu 4 manata gedirlər. 

Ekonom taksi şərti məsafəni 4.80 manata gedəcəyini dedi. Adi vaxtda isə bunu 3.80 manata apardıqlarını bildirdilər.

"Taxi24” şirkətindən bildirdilər ki, əvvəl bu məsafəni 3.60 manata, indi isə 5.60 manata aparırlar.

"Felix taksi” göstərilən yolu əvvəl  3.70 manat, indi isə 5.70 manata apardıqlarını bildirdilər.

"OK taksi” isə qiymətləri 2 manat artırıb. Belə ki, göstərilən şərti yolu  şirkət indi 5.30 manata aparır.

Göstərilən şərti marşrutu ən baha qiymətə gedən  London taksisidir. Belə ki, həmin xidmət qeyd olunan yol üçün 9.43 manat ödəniş edilməli olduğunu bildirdi. Amma normal hava şəraitində bu yolu 7 manata apardıqlarını dedilər.

"Uber” isə qiymətləri 4 dəfə qaldırıb. Həm də maşınları hər dəqiqə tapmaq olmur.

Qeyd edək ki, zəng etdiyimiz bütün taksi xidmətləri ən yaxşı halda taksilərin 20-35 dəqiqə ərzində deyilən yerə gələ biləcəklərini bildirdilər. Həmçinin, bəzi taksi xidmətləri ilə isə ümumiyyətlə danışmaq mümkün olmadı. Onlar hava şəraiti ilə əlaqədar olaraq ümumiyyətlə işləmirlər. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol