• $
  • €
  • ₽
  • ₺
  • £

2 il ərzində 365 şikayət edilib

2 il ərzində 365 şikayət edilib
01.02.2017 16:36
İki il ərzində vətəndaşlardan Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinə 365 şikayət daxil olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzin koordinatoru Nailə Daşdəmirova deyib.

Onun sözlərinə görə, şikayətlər müvafiq səhiyyə orqanları tərəfindən operativ şəkildə araşdırılıb, bəziləri əsassız sayılıb, digərləri ilə bağlı müvafiq tədbirlər görülüb.

Elektron Səhiyyə Mərkəzinin fəaliyyət göstərdiyi iki il ərzində ümumilikdə bu quruma 61 452 vətəndaşın müraciət etdiyini deyən N.Daşdəmirova bildirib ki, əsassız sayılan şikayətlərin çoxu vətəndaşların xəstəlikləri ilə bağlı olur:

"İnsanlar hər hansı xəstəlikləri ilə bağlı ilk olaraq hara müraciət edəcəyini bilmirlər. Vətəndaş bilməlidir ki, hansı xəstəliklə bağlı hansı səhiyyə ocağına müraciət etməlidir. Müraciətlər ilk növbədə poliklinika səviyyəsindən başlamalıdır. Vətəndaş heç bir göndəriş olmadan birbaşa xəstəxanaya getdikdə və qəbul edilmədikdə sonradan müxtəlif problemlər meydana çıxır".

Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əməkdaşı Sevda Qafarova isə bildirib ki, "9103- Qaynar xətt” xidmətinə iki il ərzində 30 576 müraciət daxil olub. Müraciətlərin 19 008-i (62%) sorğu xarakterli olub. "Qaynar xətt"ə əsasən tibbi yardımın təşkili ilə bağlı müraciətlər olur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol