• $
  • €
  • ₽
  • ₺
  • £

Tam iflic olanlar ünsiyyət qura biləcək

Tam iflic olanlar ünsiyyət qura biləcək
01.02.2017 17:40
Tam iflic olmuş xəstələr xüsusi kompüter sisteminin yardımı ilə ətraf mühitlə ünsiyyət qura biləcəklər.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə isveçrəli alimlər məlumat verib.

"PLOS Biology" jurnalında İsveçrə klinikalarından birində tam iflic olmuş dörd xəstə üzərində aparılan araşdırmanın nəticələri nəşr olunub.

Xəstələrin hamısı yan amiotrofik sklerozun ağır formasından əziyyət çəkir və baş verənlərə hətta gözlərini tərpətməklə belə reaksiya verə bilmirlər.

Onların suallara "bəli" və ya "xeyr" cavabını verməsi üçün xəstənin fikirləri "oxuyan" interfeysdən istifadə edilib.

Kompüter sisteminin işi beyin hüceyrələrinin xüsusiyyətlərinə əsaslanır və onların fəaliyyətindən, qanın rənginin dəyişməsi ilə nəticələnən qanda oksigenin səviyyəsinin artıb-azalmasından asılı olaraq fəaliyyət göstərir. Qanın rəngini müəyyən etmək üçün infraqırmızı şüalandırmadan istifadə olunur.

Alimlərin fikrincə, tətbiq olunan sistemlə "fikri oxuma" dəqiqliyi təxminən 75% təşkil edir. Başqa sözlə, kompüterin doğru cavabı göstərdiyinə əmin olmaq üçün sualı bir neçə dəfə təkrar etmək lazımdır.

Professor Ucval Çaudharinin sözlərinə görə, sadə suallara "bəli" və ya "xeyr" cavabı vermək imkanı belə xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol