• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Elm Assosiasiyası təsis edilib

Azərbaycan Elm Assosiasiyası təsis edilib
01.02.2017 18:10
Qloballaşan müasir dünyada intellektual potensialın artırılması, yeni elmi-texnoloji nailiyyətlərin ətraflı öyrənilərək daha geniş və səmərəli tətbiqi və dünya elminin müasir trendlərinin öyrənilməsi Azərbaycan elminin inkişafı üçün mühüm şərtdir.
 
Məhz bunu nəzərə alaraq, dünyanın öndə gedən universitetlərində ali təhsil almış gənclər tərəfindən ölkəmizdə Azərbaycan Elm Assosiasiyası - ASA (Azerbaijan Science Assosiation) təsis edilib.
 
ASA gənclər arasında elmi fəaliyyətin stimullaşdırılmasına, elmi yaradıcılığın populyarlaşdırılmasına xidmət edəcək bu müstəqil və peşəkar assosiasiyamız milli intellektual potensialın qorunmasına və artırılmasına dəstək verəcək, gənclərin elmi, yaradıcı və innovativ fəaliyyətinin inkişaf etdirilməsinə çalışacaq.
 
Dünya elmində böyük dəyişikliklərin qeydə alındığı indiki dövrdə gənclərimizin elmə marağını artırmağı, onları müxtəlif sahələrdə elmi tədqiqat işlərinə daha fəal cəlb etməyi zəruri sayırıq. Bu məramla fəaliyyətə başlayan ASA elmi biliklərin və məlumatların müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə Azərbaycan auditoriyasına daha geniş və operativ şəkildə çatdırmağa çalışacaq, elmi jurnal, tematik bülleten, broşur və s. hazırlayıb çap etdirəcək. Bununla yanaşı, ASA ölkəmizdə və xaricdə mövcud olan analoji təşkilatlarla əməkdaşlıq əlaqələri yaradaraq, ortaq layihələr həyata keçirəcək. ASA olaraq ölkəmizdəki gənc intellektualların elmi əməkdaşlığının əhəmiyyətli olduğunu hesab edib, birgə elmi layihələrin işlənib hazırlanmasına, Azərbaycan elminin inkişafında gənclərin rolunun artırılmasına ictimai dəstəyin və dövlət dəstəyinin daha səmərəli şəkildə koordinasiya olunması üçün bütün imkanlardan istifadə ediləcək.

ASA-nın www.azescience.org ünvanlı İnternet səhifəsi artıq fəaliyyətdədir. Elmi yaradıcılığa maraq göstərənlər bu internet resursu vasitəsilə ASA-nın üzvləri sırasına daxil ola biləcəklər. İnternet səhifəsində müntəzəm olaraq müxtəlif tipli informatik və tematik bülletenlər və broşurlar da nəşr ediləcəkdir. Bundan başqa, assosiasiyanın Facebook, Twitter və LinkedIn sosial şəbəkələrində də müvafiq hesabları mövcuddur. Assosiasiyanın tərkib hissəsi olan və gündəlik qaydada Azərbaycan və ingilis dillərində elmi məlumatlar yayımlayan Elm Dünyası Facebook səhifəsi isə 2013-cü ildən fəaliyyət göstərməkdədir.
 
ASA özünün ilk böyük layihəsi olacaq Multidissiplinar Elmi Forumu 2017-ci ilin aprelində təşkil edəcək. Forumda dünya elmində baş verən yeniliklərin, əldə olunan nailiyyətlərin, müasir inkişaf meyllərinin xaricdə təhsil almış və nüfuzlu mütəxəssislər tərəfindən auditoriyaya çatdırılacaq və gələcəkdə müxtəlif sahələrdə karyera qurmaq istəyən şagird və tələbələr maraq göstərdikləri sahələrdəki aktual mövzular barədə məlumatlandırılacaq.
 
Elm və təhsil sahəsindəki maraqlı tərəflərin iştirakı ilə müzakirə paneli təşkil olunacaq. Forum çərçivəsində "U Project” poster müsabiqəsi də keçiriləcək.
 
Assosiasiyanın maliyyə imkanları qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr, qurumun məqsədlərinə uyğun müxtəlif tədbirlərin təşkilindən əldə edilən gəlirlər, qanunvericilikdə qadağan olunmayan digər mənbələr və ayırmalar hesabına formalaşdırılacaq.
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol