• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda velosiped qəzalarının sayı artıb

Azərbaycanda velosiped qəzalarının sayı artıb
03.02.2017 23:58
"Azərbaycanda velosiped qəzaları ilə bağlı statistika ürəkaçan deyil. Buna səbəb velosiped sürənlərin təhlükəsizlik qaydalarına əməl etməmələridir”.

ANN.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, 2016-cı ildə velosiped qəzaları ilə bağlı 24 yol hadisəsi qeydə alınıb və nəticədə 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Hesabat dövründə velosiped sürənin səhvi ucbatından 6 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Şöbə rəisi qeyd edib ki, artıq bu statistika motosikletlə bağlı baş verən yol qəzalarına da yaxındır. Belə ki, 2016-cı ildə motosikletlərin vurulması ilə bağlı 34 yol hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

K.Əliyev bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində sürür, işıqlandırıcı vasitələrdən istifadə etmirlər. "Yol hərəkəti haqqında” Qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.

Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol