• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlər üçün yeni binalar bu ərazidə tikiləcək

Məcburi köçkünlər üçün yeni binalar bu ərazidə tikiləcək
03.02.2017 20:06
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

ANN.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, sanatoriyada Laçın rayonundan 62, Şuşa rayonundan 18, Zəngilan rayonundan 3, Ağdam rayonundan 3, Füzuli rayonundan isə 2 ailə məskunlaşıb. 

Ümumilikdə, sanatoriyada 297 məcburi köçkün yaşayır.

Ə.Həsənov deyib ki, qəzalı vəziyyətdə olan binalardan məcburi köçkünlərin köçürülməsi ilə bağlı qərar verilib. Artıq müəyyən vəsait də ayrılıb, layihə işlərinə başlanılıb. İlkin mərhələdə ən ağır vəziyyətdə olan Bakının Xəzər rayonu ərazisindəki "Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır. 

Tikinti üçün də yerlərin artıq seçildiyini bildirən komitə sədri deyib ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu dörd bina ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Qısa müddətdə layihələr icra olunacaq və binaların tikintisinə başlanılacaq.

Şəfəq sanatoriyasından çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə çatdıran Ə.Həsənov burada vəziyyətin çox acınacaqlı olduğunu vurğulayıb: "İstəyirdik müvəqqəti olaraq müəyyən təmir işləri görək.

Ancaq burada təmir işləri görmək mümkün deyil. Sanatoriya ətrafındakı ayrı-ayrı evlərdə təmir işləri aparıb vəziyyəti mümkün qədər yaxşılaşdırmaq mümkündürsə, onu edəcəyik. 

Ancaq bütövlükdə bu sanatoriyanın vəziyyəti ilə bağlı rəhbərliyə məruzə edəcəyəm. Qərar veriləcək və biz də o qərarı təcili icra edəcəyik”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol