• $
  • €
  • ₽
  • ₺
  • £

Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alındı

Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alındı
04.02.2017 14:05
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin şənbə günü, fevralın 4-də, yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Vətəndaşın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxs sorğu-sual zamanı əl yükündə 10000 ABŞ dollarından artıq xarici valyutanın olduğunu bildirib.

Daha sonra, vətəndaşa məxsus əl çantasının yoxlanılması nəticəsində, çantanın içərisində gömrük orqanına əvvəlcədən təqdim olunmamış, şifahi, yazılı və elektron formada bəyan edilməmiş 261 ədəd - hər biri 100 ABŞ dolları nominalında, 2 ədəd 50, 13 ədəd 20 və 14 ədəd 10 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26600 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol