• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq niyə yaşından böyük davranır? – PSİXOLOQDAN AÇIQLAMA

Uşaq niyə yaşından böyük davranır? – PSİXOLOQDAN AÇIQLAMA
05.02.2017 11:36
"Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova Ailem.az üçün yazır.
 
Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyalarını qabarıq bildirir, içini çəkə-çəkə ağlayır, ya da durmadan yüksək səslə gülərək tullanır. Ürəyinizdə düşünürsünüz, 10 yaşlı oğlum niyə 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya 7 yaşlı qızınızın yetişkin kimi davranması, müəyyən situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmiş olar. Xeyr! Şübhələriniz yanlışdır. Bu, nə əqli gerilik, nə ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır.
 
Bu, sadəcə uşağınızın ruh yaşının olduğundan daha çox və ya daha az yaşa sahib olmasıdır. Bəs bunun səbəbi nədir? Nədən qaynaqlanır? Cavab çox sadədir: ata obrazı!
 
Ata obrazı güclü olan uşaqların ruh yaşı öz yaşından yuxarı, ata obrazı zəif olanda isə ruh yaşı aşağı olur. Statistika göstərir ki, bu problem hərbçi, dənizçi, polis, bir sözlə, sistem işində çalışan ailələrdə daha çox müşahidə olunur. Ataların zamanını doğru bölə bilməməsi, övladları ilə az zaman keçirməsi, onlarla zamanı gəldiyində, xüsusən, oğulları ilə şəxsi söhbətlər aparmaması onlarda ata obrazının zəifləməsinə gətirib çıxarır. Bu da uşaqlarda ruh yaşı dediyimiz EQ - emosional yaşının İQ - intellekt yaşından daha zəif inkişaf etməsinə gətirib çıxarır. Normativlərə əsasən uşağın EQ və İQ yaşları bir-birinə paralel inkişaf etməlidir. Bunlardan birinin yuxarı və aşağı olması onları tarazlıqdan çıxarır. Uşaq gah ruh, gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafda - sinif müəlliməsi, yaşıdları, qohumları arasında diqqət çəkir. Xüsusən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, şikayətlənir. Bu da zaman keçdikcə uşaqlarda müəyyən fəsadlar formasında özünü göstərir. EQ yaşı aşağı olan uşaqlarda qaydaları qəbul etməmə, çox hərəkətli və ya çox passiv olma, fobik əlamətlərə meyllilik daha çox müşahidə olunur.
 
Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağımızın özünü yaşından yuxarı aparması onlarda həssaslığı gücləndirir ki, bu da gələcəkdə emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur ki, bu da onlarda təhsilə marağı azaldaraq, özündən böyüklərlə ünsiyyətə meyli artırır.
 
Sonda isə onu qeyd etmək istəyirəm ki, hörmətli atalar, uşağın tərbiyəsini, əsasən, analar öz çiyinləri üzərinə alsalar da, davranışlarını tənzimləyən ruh yaşı yalnız sizdən asılıdır. İş həmişə var, heç vaxt bitməyəcək. İllər isə ötür, hədəflər artır, işlər formasını dəyişir və sizin övladınız böyüyür. Zamanınızı doğru bölün, özünüz, ailəniz üçün çalışdığınızı unutmayın! Əziz analarımız, siz isə öz növbənizdə həyat yoldaşınızın evə gəlişini, ailə ilə zaman keçirmə saatlarını tənzimləməkdə onlara yardımçı olun. Həyat yoldaşınızın övladlarınıza münasibəti sizin şəxsi münasibətlərə görə tənzimlənir. Çalışın mükəmməliyyətçi rəftarınızı kənara qoyub, yükünüzü həyat yoldaşınızla paylaşın. Əks halda atalarda olan arxayınlıq duyğusu zamanla diqqətin azalmasına gətirib çıxarır. Uğurlar!

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol