• $
  • €
  • ₽
  • ₺
  • £

“20 Yanvar”da tıxaca düşməməyin yolu

“20 Yanvar”da tıxaca düşməməyin yolu
06.02.2017 15:45
20 Yanvar dairəsində mütəmadi müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin tərəfindən təkliflər hazırlanıb.

Qurumun mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan xəbərə görə, təkliflər hazırlanarkən Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə kompleks araşdırma aparıb, nəqliyyat axını hərtərəfli təhlil edilib. Layihə çərçivəsində ilkin olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 20 yanvar dairəsində müəyyən edilmiş yerlərə sfetoforların qoyulmasını təmin edib.

Bir qismi artıq reallaşan və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkətində konflikt nöqtələrinin və ləngimələrin aradan qaldırılmasına səbəb olan həmin təkliflər aşağadakılardır: 

1. Dairədə nəqliyyat axınının svetofor vasitəsilə 2 fazalı rejimdə idarə edilməsi;
2. Moskva prospektindən dairəyə daxil olan yolda hərəkət zolaqlarının sayının artırılaraq 6 zolağa çatdırılması;
3. Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi;
4. Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi;
5. Müzəffər Həsənov küçəsindən Həsən bəy Zərdabi küçəsinə yönləndirilmiş nəqliyyat axının dairəyə daxil olmasını təmin etmək məqsədilə Zərdabi küçəsində yolu genişləndirməklə minik avtomobilləri üçün damla tipli, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yarımdamla tipli geriyə dönmə yerinin təşkil edilməsi;
6. Həsən bəy Zərdabi küçəsindən dairəyə daxil olan nəqliyyat axınının Moskva propsketindən daxil olan axınla qovuşma zolağında istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsi istiqamətində yönləndirmək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol