AMEA: Vulkan püskürməsi araşdırılır

"Fevralın 6-da Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi baş verib. Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də qeydə alınıb.
"Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib. "Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir".
AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























