• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nazir 22 nəfəri işdən qovdu

Azərbaycanda nazir 22 nəfəri işdən qovdu
07.02.2017 15:15
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq, 2016-cı ilin dekabr və 2017-ci ilin yanvar aylarında Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən Masallı, Zaqatala və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb.

ETSN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aparılan araşdırma zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyənləşib.

"Yol verilən nöqsanlar Meşələrin İnkişafı Departamentində həmin müəssisələrin cavabdeh meşə mühafizə işçilərinin iştirakı ilə müzakirə edilib və müvafiq tədbirlər görülüb. Belə ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, müəssisənin Qəriblər meşəbəyliyinin meşəbəyisi və 5 meşə gözətçisi tutduqları vəzifədən azad edilib. 

Digər cavabdeh meşə mühafizə işçiləri barəsində intizam tənbehi tədbirləri görülüb. Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin meşəbəyisi və meşəbəyi köməkçisi, həmçinin 6 meşə gözətçisi işdən azad olunub. Müəssisənin direktoru və digər cavabdeh meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb. 

Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də cavabdeh şəxslər barəsində qanunamüvafiq  intizam tənbehi tədbirləri görülüb. Müəssisənin direktoru, baş meşəbəyi, meşəbəyi köməkçisi və 4 gözətçi tutduqları vəzifədən azad olunublar. Bu istiqamətdə araşdırmalar digər müəssisələrdə də aparılır” – deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol