• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın apteklərlə bağlı üsyanı

Deputatın apteklərlə bağlı üsyanı
07.02.2017 14:50
Millət vəkili Fazil Mustafa paytaxt apteklərində dərman preparatlarının qıtlığının yaranmasının şahidi olub.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, o, aptekə dərman almağa girib və orada satıcı xanımların fəryad qopardığını qeyd edib:

"Deyirlər ki, "artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi "Çitramon”, "Korvalol”, "Valeriana”, vitaminlər, heç nə yoxdur. Xahiş edirik, bizə kömək edin.

Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər.”

Fazil Mustafa qeyd edib ki, icbari tibbi sığorta olmadığından minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur: 

"Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır”.

Deputat insanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova AzNews.az-a bildirib ki, ölkəyə gətirilən dərman preparatlarına Nazirlik cavabdeh deyil:

"Ölkəyə dərmanları biznesmenlər gətirir. Ona görə də bu məsələyə İqtisadi İnkişaf Nazirliyi cavab verməlidir.”




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol