• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib
08.02.2017 11:14
"Son 3 il yarım ərzində ali məktəblərin birgə fəaliyyəti nəticəsində uğurlu layihələr həyata keçirilib”

ANN.AZ/ "Bir neçə ilin əvvəlki təhsil sisteminin islahatı ilə bağlı danışarkən ən böyük müşahidələrdən biri o idi ki, bizim təhsil sistemimizin infrastrukturu bir çox hallarda nəinki müasirləşdirilməli, hətta yaradılması zəruri idi”.

"ANN” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb: "Bunun da bir çox səbəbləri olub. Biri kənar faktorlarla bağlıdır. Burada bilik iqtisadiyyatının mövcudluğunu, yeni şəraitdə təhsil müəsssislərinin müxtariyyətinin artırılması, akademik mobillik, istər təhsilalan və təhsilverənlərin artıq fiiziki məkana, yəni ali təhsil müəssisəsinə deyil, təhsil prosesinin daha çevik və sərhəd tanımayan prosesə çevrilməsi əsas idi”.
 
"Biz ali təhsil müəssisələrinə nəzər salsaq görərik ki, ölkədəki ali təhsil sistemi bir neçə ildir ki, sırf təsərrüfat fəaliyyəti göstərən sistemdir. Azərbaycanın iqtisadi və digər sahələri ilə müqayisədə dövlət universitetlərində bu kifayət qədər mütərəqqi modeldir. Bunun səbəbi dövlətlə ali təhsil müəssisələri arasında münasibətin adambaşına maliyyə prinsipi ilə qurulmasıdır” - deyə, M.Cabbarov əlavə edib.

Hazırda təhsil infrastrukturunun yaradılması üçün çalışdıqlarını vurğulayan nazir bildirib ki, tələbələrin sosial qrupunun ali təhsilə çıxış imkanlarının təmin edilməs üçün vacib addımlar atılır: "Son 3 il yarım ərzində ali məktəblərin birgə fəaliyyəti nəticəsində uğurlu layihələr həyata keçirilib. "SABAH” qrupları layihəsi uğurla icra olunub və bu il ilk məzunları olacaq”.
Təhsil naziri deyib ki, iki ilin yekununda 100-dən artıq tələbə kreditdən yararlana bilib: "Bu layihənin gələcəkdə orta və uzunmüddətli olması bu məsələyə zəruri maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlıdır”.

Xatırladaq ki, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri Misir Mərdanov olub. 2013-cü ildə onun yerinə Mikayıl Cabbarov təyin edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol