• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb

Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb
08.02.2017 17:45
Ötən il Elmi-Praktiki Hemofiliya Mərkəzində qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı 1541 çatıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANN-ya verilən xəbərə görə, bunlardan - 745 xəstə Bakı, 76 xəstə Sumqayıt, 720 xəstə isə rayonların payına düşür. Bütün hemofiliyalı xəstələrin ilkin diaqnostikası və təkrar müayinələri mərkəzin laboratoriyasında aparılır. 2016-cı ildə 89 ilkin müayinə olunub, 69 xəstədə hemofiliya təsdiq olunaraq dispanser qeydiyyata götürülüb. Dövlət Proqramı çərçivəsində hemofiliyalı xəstələr faktor preparatları ilə tam təmin olunaraq stasionar, ambulator və ev şəraitində müalicə alırlar. Müxtəlif qanaxmalarla 2847 xəstə ev şəraitində ambulator, 307 ağır xəstə isə stasionar müalicə alıb.
 
Bundan başqa, 15-49 yaş arasında olan 950 xəstədən 130-da ağır xəstə kimi ikincili profilaktika aparılıb. Bu o deməkdir ki, xəstələrin oynaqlarında qanaxma və onun fəsadları aradan götürülənə qədər həftədə 2 dəfə faktor konsentratı köçürülür. Bir nəfər fəsadlaşmış ingibitor formalı xəstə Avropada tətbiq edilən İTİ proqramı üzrə müalicəyə götürülüb. 5 inhibitor formalı göstərişə uyğun yüksək dozada standart profilaktika müalicəsi alır.
 
30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunub. 2011-2016-cı illərdə hemofiliya xəstəliyi səbəbindən ölüm halı qeydə alınmayıb. Dünya ölkələrinin yalnız 20%-də hemofiliyalı xəstələr dövlət hesabına faktor preparatları ilə təmin olunurlar, Azərbaycan da bu ölkələr sırasına daxildir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol