Bakıda jurnalistin evi qarət olundu.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində jurnalist Bahar Rüstəmlinin evi qarət olunub.
ANN.Az aznews.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib. Fevralın 8-də saat 15 radələrində evə girən naməlum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























