• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan şəxslərlə baglı yenilik

Əlilliyi olan şəxslərlə baglı yenilik
09.02.2017 11:24
Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxsləri 2 752 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin edilməsi işləri davam etdirilib. Cari ilin yanvar ayında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi 1099 nəfər əlilliyi olan şəxsi (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 170 nəfər vətəndaşı) ümümilikdə 2 752 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.

Belə ki, əlilliyi olan şəxslərə 94 ədəd aşağı və yuxarı ətraf protezi, 147 ədəd yuxarı və aşağı ətraf ortezi, 63 ədəd bel və boyun nahiyəsi üçün korset, 1 166 ədəd müxtəlif reabilitasiya vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 287 cüt protez ayaqqabı, 59 ədəd dördayaqlı dayaq vasitəsi, 99 cüt qoltuqaltı və 153 cüt dirsəkaltı ağacla, 359 ədəd əsa, 5 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər. 2 nəfər əlilliyi olan şəxs isə əlil arabası ilə təmin olunub. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 52 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.

Protezləşməyə hazırlanma, protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının aradan qaldırılması və s. məqsədilə stasionar şəraitdə bərpa xidmətləri də göstərilir. Yanvar ayında Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 78 nəfər əlilliyi olan şəxs qeyd olunan xidmətlərlə təmin edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol