• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2 hakim işdən çıxarılıb

Azərbaycanda 2 hakim işdən çıxarılıb
09.02.2017 21:33
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda qeyd olunub ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilmiş, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri məhkəmə fəaliyyətinin təkmilləşməsi, vahid məhkəmə təcrübəsinin və ədalətli cəza siyasətinin formalaşması məqsədilə aparılan təhlillərin və cinayət qanunvericiliyinin humanistləşdirilməsi məsələlərinin aidiyyəti qurumlarla birgə müzakirəsinin, məhkəmə proseslərində müasir texnoloji yeniliklərin tətbiqinin zəruriliyini qeyd etmişlər. İnsan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyət daşıdığı diqqətə çatdırılmış, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə xüsusilə həssas yanaşılmasının, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol