• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda arayış almaq asanlaşıb – SİYAHI

Azərbaycanda arayış almaq asanlaşıb – SİYAHI
10.02.2017 11:40
"Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə bir sıra arayışları elektron formada əldə etmək mümkündür. Bunun üçün portaldan qeydiyyatdan keçmək və zəruri olan müvafiq elektron arayışı növünü seçmək kifayətdir.

Bu barədə Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən (RYTN) Oxu.Az-a bildirilib.

Bu gün vətəndaşların ən çox müraciət etdiyi sosial xidmət "Yaşayış yeri haqqında arayış”ın əldə olunmasıdır. Bu arayışı portal üzərindən təqdim olunan "Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə etməklə heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən internet üzərindən əldə etmək mümkündür. Sözügedən arayışdan ötən ilin dekabr ayı ərzində 2528 dəfə istifadə olunub.

Hazırda "Elektron hökumət” portalı üzərindən 12 adda arayışı elektron şəkildə əldə etmək mümkündür:

- Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi
- İş yerindən arayış
- Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış
- Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında arayış
- Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
- Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
- Diplom haqqında arayış
- Yaşayış yeri haqqında arayış
- Vətəndaş haqqında "Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış
- "Su təchizatı və tullantı sularının axıdılması” xidmətlərinə dair abonentə aid məlumatların verilməsi xidməti
- İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış
- Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar.

Qeyd edək ki, "E-hökumət” layihəsi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə, "Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsinə şərait yaradır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol