• $
  • €
  • ₽
  • ₺
  • £

Mədə qıcqırmasını sakitləşdirir - bananın faydaları

Mədə qıcqırmasını sakitləşdirir - bananın faydaları
13.02.2017 10:00
Banan yalnız dadlı meyvə deyil. O, həm də formada qalmaq üçün enerji verir və bir çox xəstəliyin qarşısını alır. Milli.Az lent.az-a istinadən bananın bilmədiyiniz bir çox faydaları ilə sizi tanış edir.

Depressiya: Depressiyada olan insanlar arasında aparılan araşdırmalardan biri sübut edib ki, həmin insanların çoxu banan yedikdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar. Bunun səbəbi isə bananın bədəndə serotonin (insanı rahatlaşdıran və xoşbəxtlik hissi yaradan maddə) yaradan zülal olan triptofan ehtiva etməsidir.
 
PMS (menstruasiya əvvəli sindrom): Həbləri unudun, banan yeyin. Bananın ehtiva etdiyi B6 vitamini qan şəkəri səviyyəsini nizamlayır. Bu da menstruasiya əvvəli sindrom dövründə qadının ruh halını dəyişdirir.
 
Anemiya: Banan qandakı hemoqlobin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.
 
Təzyiq: Bu tropik meyvə təzyiqi normallaşdırmaq üçün mükəmməl vasitədir. Son dərəcə yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində buna qadirdir.
 
Beyin gücü: İngiltərədə məktəblərin birində aparılan araşdırmada 200 şagird imtahan günləri boyunca naharda, fasilədə və günorta yeməyində banan yeyib. Tədqiqat kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxladığını sübut edib.
 
Qəbizlik: Banan ehtiva edən pəhrizlərdə laksatifə (bağırsağı fəaliyyətə gətirən dərmanlar) ehtiyac qalmır. Banan normal bağırsaq hərəkətini yeniləyir.
 
Axşamdan qalan banan: Axşamdan qalan bananı balla qarışdırıb şirəçəkəndən keçirin. Banan mədəni sakitləşdirir.
 
Xora: Banan yumşaq toxuması və hamarlığı sayəsində bağırsaq pozuqluqlarına qarşı pəhriz qidadır. Mədədəki həddindən artıq qıcqırmanı sakitləşdirir.
 
Hərarət: Bir çox məqamlarda sərinləşdirici meyvə kimi istifadə edilən banan hamilə qadınların fiziki və daxili istiliyini aşağı salma təsirinə malikdir. Məsələn, Tailandda hamilə qadınlar körpələrini sərin şəraitdə doğmaq üçün banan yeyirlər.
 
Artıq çəki: Avstriyalı alimlər iş yerində alınan artıq çəkiyə şokolad və çips kimi qidaların səbəb olduğunu müəyyənləşdiriblər. Gərginlikdən qaynaqlanan iştah artımının qarşısını almaq üçün qan şəkəri nizamına nəzarət etmək lazımdır. Hər 2 saatdan bir yüksək karbohidratlı qidalar atışdırmağa ehtiyac yaranır. Bunun qarşısını isə bananla almaq olar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol