• $
  • €
  • ₽
  • ₺
  • £

"Xalqlar dostluğu" yenilənəcək

"Xalqlar dostluğu" yenilənəcək
10.02.2017 21:40
Bakı metropoliteninin "Xalqlar dostluğu" stansiyasının keçidlərində mərmər divar üzlükləri, həmçinin mozaik döşəmə üzlükləri uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Hələ 1989-cu il aprelin 28-də istismara verilən "Xalqlar dostluğu" stansiyasının keçidlərinin estetik görünüşü köhnəlib, mərmər və döşəmə üzlüklər sıradan çıxıb. Ona görə də "Bakı Metropoliteni" QSC sədrinin müvafiq tapşırığı əsasında, fevralın 10-dan "Xalqlar dostluğu" stansiyasının keçidlərində divar və döşəmə üzlüklərinin dəyişdirilməsi işlərinə başlanılıb.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, təmir işləri metropolitenin daxili imkanları hesabına müəssisəyə daxil olan strukturlar tərəfindən aparılır.

Layihəyə uyğun olaraq, təmir zamanı stansiya keçidlərində üzlüklərin dəyişdirilməsindən əvvəl kommunikasiya xətlərinin yenilənməsi üçün müvafiq tədbirlərin görülməsi, divarlarda yararsız vəziyyətə düşmüş mərmər örtük, həmçinin mozaik döşəmə üzlüklərinin dəyişdirilməsi mərhələlərlə yerinə yetiriləcək. Təmirin may ayına yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, "Xalqlar dostluğu" stansiyasının keçidlərinin təmiri müddətində sərnişinlərin stansiyadan istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün gediş-gəlişə mane olmadan iş görülən sahə müvəqqəti hasara alınacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol