• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda yararsız ət aşkarlanıb

Sabirabadda yararsız ət aşkarlanıb
11.02.2017 18:20
Sabirabad rayonunun Xəlfəli kəndində baytarlıq baxışı keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə,qurumun mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Sabirabad rayonunun Xəlfəli kəndində heyvandarlıq məhsullarına baytarlıq baxışı keçirilib və məhsullardan baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.

Baytarlıq baxışı zamanı Sabirabad rayonu, Xəlfəli kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana) aşkar edilib. Eyni zamanda evin həyətində olan Şahverdiyev Əlifxana məxsus "Qazel" markalı 54-BL-414 dövlət qeydiyyat nişanlı yük avtomobilində antisanitar şəkildə, döşəməyə səpələnmiş vəziyyətdə 12 ədəd şaqqalara bölünmüş çəkisi 375 kq olan heyvan əti, evin qarajında yerə atılmış vəziyyətdə 3 ədəd şaqqalara bölünmüş çəkisi 55 kq olan heyvan əti, tövlədə tavandan asılmış vəziyyətdə 6 ədəd şaqqalara bölünmüş çəkisi 120 kq olan heyvan əti və 50 kq çəkisi olan 3 baş xırdabuynuzlu heyvan cəmdəyi, primitiv, antisanitar şəraitdə olan heyvan kəsim yerində (sallaqxanada) 1 ədəd iribuynuzlu heyvanın başı, dərisi, 4 ədəd ayağı və daxili orqanı aşkar olunub.

Ümumi çəkisi 600 kq olan, 21 ədəd şaqqalara bölünmüş heyvan cəmdəklərinin və 3 baş xırdabuynuzlu heyvan cəmdəyinin, baş-ayaq və daxili orqanının mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmamış, ətin üzərinə baytarlıq müayinəsindən keçməsini bildirən möhür vurulmayıb.

Hissələrə bölünmüş heyvan cəmdəklərinin və daxili orqanın orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi 600 kq heyvan cəmdəyi, 3 baş qoyunun cəmdəyi, 1 ədəd iribuynuzlu heyvanın başı, dərisi, 4 ədəd ayağı və daxili orqanı Sabirabad rayonu, Xəlfəli kənd sakini Ə.S.Şahverdiyevə məxsus olan "Qazel" markalı 54-BL-414 dövlət qeydiyyat nişanlı yük avtomobilinə yığılaraq müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə Sabirabad Rayon Baytarlıq İdarəsinin təşkil etdiyi soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Baytarlıq baxışı zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol