Ağsuda 5 kənd işıqsız qalıb

Kəndlərdə olan tibb məntəqəsi də elektrik enerjisi kəsildiyindən fəaliyyət göstərə bilmir
REPORT.AZ/ Ağsu rayonunda son günlər yağan qar səbəbindən 5 kənd işıqsız qalıb.
"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, rayonun dağlıq ərazilərində yerləşən Xatman, Dilman, Hacman, Kalva və Suraxanı kəndlərində elektrik enerjisi kəsilib.
Elerjinin kəsilməsi səbəbindən Dilman və Kalva kəndlərində yerləşən orta məktəblərdə istilik sistemi işləmir. Məktəblərdə davamiyyət aşağı düşüb. Həmin kəndlərdə olan tibb məntəqəsi də elektrik enerjisi kəsilməsi səbəbi ilə fəaliyyət göstərə bilmir.
Sakinlərin verdiyi məlumata görə, kəndlərdə elektrik enerjisi hələ ki, bərpa olunmayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























