Bakı-Quba yolunda onlarla avtomobil toqquşub

Bakı-Quba magistral yolunda ən azı 10 avtomobilin iştirakı ilə iki zəncirvarı qəza baş verib.
ANN.Az Report-a istinadən xəbər verir ki, "Mercedes”, KİA, "VAZ-2107” və "Opel” markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəzaların birində 4, digərində 5 nəqliyyat vasitəsi toqquşub.
Hadisələr nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə YPX əməkdaşları cəlb olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























