Azərbaycanda 10 gün davam edən TOY

Göyçay rayonunun Bığır kənd sakini olan Cəsarət adlı şəxs on gündür Hilal adlı yeganə oğluna toy edir.
ANN.Az-ın ölkə.az-a istinadla məlumata görə, məclisə Azərbaycanın tanınmış sənət adamları dəvət olunub. Məclisin idarəçiliyi isə tanınmış tamada Pünhan İsmayıllıya həvalə edilib.
Bildirilir ki, məclisə dəvət edilən bütün sənətçilərə yüksək məbləğdə qonorar ödənilib. Toyun son günü beş yüz qonaq dəvət edilsə də, min nəfər gəlib. Çıxılmaz durumda qalan iş adamı ikinci şadlıq sarayını da tutmalı olub.
Qeyd edək ki, adıçəkilən şəxs Rusiyada bizneslə məşğuldur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























