• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
15.02.2017 19:00
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla güclü təsir edən maddə və narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
 
Öncə rentgen yük-yoxlama qurğusunda vətəndaşa məxsus idman çantasına baxış zamanı çantanın içərisindəki ərzaq məhsulları və şəxsi əşyaların altında şübhəli predmetlər görünüb. Bundan sonra, təkrar baxış zamanı çantanın içərisində gömrük nəzarətindən gizlədilmiş, hər birində 10 həb olmaqla 40 konvalyut "T-Doll" (tramadol) adlı dərman preparatı aşkar edilib.
 
Daha sonra, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 20,005 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
 
Xatırladaq ki, "T-Doll" (tramadol) adlı dərman preparatı "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan cəmi 400 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 8 qram təşkil edir.
 
Faktla bağlı araşdırma aparılır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol