Tələbələrin köçürülməsinə start verildi

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 6-14 fevral tarixlərində keçirilən sənəd qəbulu zamanı "transfer.edu.az" elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.
2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də "transfer.edu.az" elektron portalı vasitəsilə köçürülməsinə başlanıb. Orta ixtisas təhsili müəssisələrinin 280 nəfər tələbəsi bu portala müraciət edib ki, onlardan 104 nəfər sorğularını təsdiqləyib.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan "transfer.edu.az" portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Portal 2016-cı ilin avqust ayında istifadəyə verilib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib