• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərin diqqətinə: Azərbaycanda uşaq "Kinder"dən zəhərləndi

Valideynlərin diqqətinə: Azərbaycanda uşaq "Kinder"dən zəhərləndi
15.02.2017 16:42
Azərbaycanda uşaq "Kinder Joy" adlı şokoladlı yumurtadan zəhərlənib.

ANN.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkədə yazıb:

"Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür".

E.Hüseynov qeyd edib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi, mənzil 6 ünvanında yaşayan Babayev Xəyyam Əmrulla oğlu tərəfindən birliyə daxil olan müraciət araşdırılıb. Müraciət edən şəxs bildirib ki, "Xətai" metrosu yaxınlığında yerləşən "Metro market" dükanından uşaq üçün "Kinder joy" şokoladlı yumurtasını alıb. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı "skoç"la örtüldüyünü görüb və onu qaldırıb. "Skoç"un altında 04.03.16 və 15.09.16 tarixinədək yazısı görünüb. Yəni malın yararlılıq tarixi artıq 2016-cı ildə bitib. Nəticədə müştərinin uşağı zəhərlənib.

Müştəri kassa qəbzi əldə etməsi üçün müxtəlif vaxtlarda həmin dükana gedib və yenə eyni maldan alıb. Həmin mallarda da vəziyyətin eyni olduğu aşkarlanıb. Məlum olub ki, kassa çekinin VÖEN- i də yoxdur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol