• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu”da BDU-nun filialı açılıb

“Azərsu”da BDU-nun filialı açılıb
16.02.2017 17:00
Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu”nun nəzdindəki filialının açılışı olub.
 
BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə "Azərsu” ASC arasında "Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” imzalanmış memorandum əsasında universitetin Elmi Şurasının qərarı ilə yaradılan filialın fəaliyyətə başlamasını yüksək qiymətləndirib.
 
O bildirib ki, filialın yaradılmasında əsas məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistr və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılmasından ibarətdir.
 
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov da filialın yaradılmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, "Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu” yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır.
 
Belə bir institutda Hidrometeorologiya kafedrasının filialının fəaliyyətə başlaması, həm tələbələrin təcrübi biliklərinin genişləndirilməsi, həm də institutda çalışan gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədi ilə BDU alimləri tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə iştirakı baxımından faydalıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol