AMEA institutlarına yeni direktor müavinləri təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Rəyasət Heyətinin qərarları ilə İqbal Qəhrəmanov Rəyasət Heyəti aparatının Birinci xüsusi şöbəsinin rəisi, Fikrət Feyziyev Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəis müavini təyin edilib.
Yeni təyinata əsasən, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, vəzifələrini icra edəcəklər. Biologiya üzrə elmlər doktoru Naib Əminovun isə Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini səlahiyyətləri uzadılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























