Dubaydan Qəbələyə birbaşa aviareysin qiyməti məlum oldu

"Flydubai” aviaşirkətinin birbaşa Dubay-Qəbələ mövsümi reyslərinə biletlərin qiyməti açıqlandı.
ANN.Az 1news.az-a istinadən xəbər verir ki, "ora-geri” aviabiletlərin qiyməti 250 dollar (Azərbaycan Mərkəzi Bankının fevralın 16-na olan rəsmi məzənnəsi ilə 432,4 manat) olacaq.
Aviabiletlərin qiymətinə qidalanma, 20 kq qədər baqaj daxildir. Daha öncə yayılan məlumata görə, "Flydubai” şirkəti Dubay-Qəbələ marşrutu üzrə mövsümi aviareysləri iyunun 22-dən həyata keçirəcək. Uçuşlar sentyabrın 17-dən yerinə yetiriləcək.
Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























