• $
  • €
  • ₽
  • ₺
  • £

Dəhşətli yanğın: "Əynimə heç nə geyinə bilmədim" - VİDEO

Dəhşətli yanğın: "Əynimə heç nə geyinə bilmədim" - VİDEO
16.02.2017 16:20
Gəncədə yaşayış evi və taxta sexi yanıb.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, yaşayış evi və taxta sexi tamamilə yanıb. Tikililərə bitişik inşaat mağazasının içində olan tikinti materialları isə yararsız hala düşüb.

Namiq Məmmədov - zərərçəkən: "Gecə saat 4-ə işləmişdi, qonşu qapını döyüb qaldırdı ki, eviniz yanır, durun canınızı qurtarın. Durdum iki uşağımı çıxartdım. Əynimə heç nə tapıb, geyinə bilmədim, ancaq uşağımı çölə çıxartdım, nəyim var idi hamısı yandı".

Hadisə Nizami rayonunda, Bəxtiyar Əliyev və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində baş verib. Yanğın Gəncə sakini, 33 yaşlı Namiq Məmmədova məxsus ümumi sahəsi 50 m2 olan yaşayış evinin dam örtüyündən başlayıb və mətbəxə keçib.

Güclü alov zamanı Namiq Məmmədova məxsus yaşayış evinin mətbəxinə daha çox ciddi ziyan dəyib. Mətbəxin bütün əşyaları tamamilə yararsız hala düşüb. Həmçinin yaşayış evinin 20 kv.m. otağının, eləcə də hamamın da əşyaları və yanar konstruksiyaları yanıb. Alov isə yaşayış evinə 48 yaşlı Mehman Həsənova məxsus ümumi sahəsi 35 m2 olan taxta sexindən keçib. Taxta sexinin içərisində olan 2 kub taxta, 6 ədəd dəzgahın elektrik naqilləri tamami ilə yanıb. Həmçinin sexin yanar konstruksiyaları da külə dönüb. Yanğın taxta sexinə bitişik inşaat malları mağazasına da ziyan vurub, 2000 manata yaxın material yanıb. Hadisə yerinə çağrılan yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb.

Xəsarət alan yoxdur. İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub. Dəqiq səbəblər araşdırmalardan sonra bilinəcək.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol