• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzində “kley” iyləyən uşaqlar - VİDEO

Bakının mərkəzində “kley” iyləyən uşaqlar - VİDEO
16.02.2017 22:00
Bakıda təxminən 9-12 yaşları olan iki uşaq küçənin ortasında müasir zərərli vərdişlərdən olan kley iyləməklə məşğuldur. Dəhşətə gətirən həmin anların videosu yayılıb. Mütəxəssislər bu vərdişi ənənəvi olanlardan daha təhlükəli sayır. Bəs uşaqları bu pis vərdişə nə vadar edir? Problem necə həll edilməlidir?

Paltarının içində gizlətdiyi qabı gah biri, gah da digəri ağzına yaxınlaşdırır... Təxminən 9-12 yaşları olan bu uşaqlar taksikomaniya - yəni kley iyləməklə məşğuldur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dəhşətə gətirən video Bakıda çəkilib. Uşaqlar narkotik vasitəyə alternativ kimi qiymətləndirilən bu zərərli vərdişlə məşğuldur. Daha da acınacaqlısı bu zərərli vərdişin hətta yeniyetmə sayılmayacaq yaşlara enməsidir.

Mütəxəssislər bu vərdişi ənənəvi olanlardan daha təhlükəli sayır. Toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağ ciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə aslılığa gətirib çıxarır. Bu isə həmin şəxsləri potensial cinayətkara çevirir.

Belə olan halda isə uşaqlar rahatlıqla tora düşüb, pis vərdişlərə aludə ola bilirlər. Millət vəkili Musa Quliyev isə deyir ki, uşaqların bu vərdişlərdən uzaq durması üçün məktəblərin üzərinə böyük yük düşür. Çünki daha çox bu vərdişi uşaqlar məktəb vaxtı aludə olurlar.

Mütəxəssislərin sözlərinə görə belə uşaqlarla ciddi surətdə maariflənmə aparılmalıdır.

Musa Quliyev bu məsələ ilə bağlı qanunverciliyə də ciddi dəyişiklik edilməsini zəruri sayır.

Bütün bunlarla yanaşı valideynlər övladlarını kiçik yaşlarında itirməmək üçün vaxtında zəruri addımları atmalıdır. Çünki sonrakı peşmançılıq fayda vermir.
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol