• $
  • €
  • ₽
  • ₺
  • £

Lerikdə qar uçqunu olub, bəzi kəndlərlə əlaqə kəsilib

Lerikdə qar uçqunu olub, bəzi kəndlərlə əlaqə kəsilib
17.02.2017 14:00
Qarın qalınlığı 1,5 metrdən çoxdur.

REPORT.AZ/ Cənub bölgəsinə güclü qar yağıb. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lerik rayonunun ucqar kəndlərində qarın qalınlığı 1,5 metrə çatıb.

 Rayon mərkəzini kəndlərlə birləşdirən, Bürsülüm ərazi vahidliyindən keçən yolda qar uçqunu baş verib. Bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.
 
Rayonun Orand ərazisində qarın qalınlığı 1,5 metrdən çoxdur və yollar bağlanıb. Ötən gündən rayonun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi fasilələrlə verilsə də, bəzi kəndlərdə işıq tamamilə sönüb. Elektrik naqilləri və dirəklər sıradan çıxıb. 

Lənkəran şəhəri ərazisində qarın qalınlığı 15 santimetrə çatıb. Rayonun ucqar dağ kəndlərində isə qarın qalınlığı 1 metrdən çoxdur. Ucqar kənlərlə əlaqə kəsilib və elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Ötən gecə yağan qar güclü küləklə müşahidə olunduğundan yollar buz bağlayıb və nəqliyyatın hərəkəti çətinləşib. Rayondakı texnikalar əsas yolların qardan və buz qatından təmizlənməsinə yönəldilib. Rayonun dağ kəndlərində yerləşən orta məktəblərdə davamiyyət minimuma enib.
 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol